Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən qəbiristanlıqdan dəmir barmaqlıqlar oğurlayan şəhər sakinləri O.Mustafayev və H.Vəliyev saxlanılıblar.
Lent.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərin ümumi dəyəri 850 manat olan barmaqlıqları oğurladıqdan sonra əlvan metalların qəbulu məntəqəsinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.