Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı VİDEO

01.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 31-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 18-BK-232 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil 90-VP-803 dövlət nömrə nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsiylə toqquşub. Zərbənin təsirindən “VAZ” yol kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə maddi ziyan dəyib. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью