Şirvanda qəza: “Priora” ilə “VAZ” toqquşdu VİDEO

01.07.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 30-da səhər saatlarında Taleh Ələkbərov küçəsində qeydə alınıb. Taksi fəaliyyətiylə məşğul olan “Lada Priora” markalı avtomobil “VAZ-2107” markalı nəqliyyat vasitəsilə toqquşub. Şahidlərin iddialarına əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzadan sonra yolda bir müddət sıxlıq yaranıb. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью