Şirvanda qəza zamanı xəsarət alan piyadalar ambulator müalicəyə buraxılıb AZƏRTAC

25.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şirvan, 25 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində yol qəzasında piyadalar xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı minik avtomobili idarə etmədən çıxaraq yol kənarında dayanan avtomobillərə çırpılıb və daha sonra yolda olan 4 nəfəri vurub. Hadisə zamanı xəsarət alan Seymur İsrafilov, Bəxtiyar Nəzərov, Xətai Sadıqov, Cavidan Nəsirov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Təcili təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью