​​​​​​​Şirvanda süpürgəçini avtomobil vurub

04.03.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub.

O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью