Şirvanda toqquşan maşınlar tanınmaz hala düşdü, xəsarət alanlar var VİDEO

21.05.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 20-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2115” markalı maşın, “Opel” markalı avtomobillə toqquşub. Qəzaya səbəb manevr qaydasının pozulması olub. Nəticədə bir-birinə çırpılan nəqliyyat vasitələri tamamilə sıradan çıxıb. Sürücü və sərnişinlər arasında xəsarət alanların olduğu bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью