Şirvanda tutulan şəxsdən tapança aşkarlandı

05.03.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan M.Bayramov saxlanılıb.

"Unikal"ın məlumatına görə, adıçəkilən şəxsdən 1 ədəd “Makarov” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью