Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 iyul, AZƏRTAC
“Şirvan” klubunun nəzdində Uşaq Futbol Məktəbinin rəsmi açılışı keçirilib.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib.
Məktəbdə təlimlər əsas komandanın baş məşqçisi Pərviz Bayramovun rəhbərliyi altında aparılacaq.
Bildirilib ki, məqsəd yalnız futbol öyrətmək deyil, sağlam ruhlu, güclü iradəli, eləcə də komanda ruhuna sahib gənclər yetişdirməkdir.