Şirvanda vergiödəyiciləri üçün maarifləndirici təlim təşkil edilib

19.11.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 5 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, dövlət qurumları və bələdiyyələrin əməkdaşları üçün təlim keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə 2022–2026-cı illər Milli Fəaliyyət Planı” çərçivəsində Şirvan şəhərində təşkil olunub.

DVX-nin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev “Vergidən yayınma hallarına görə məsuliyyət” və “Dövlət, bələdiyyə və büdcə təşkilatlarında korrupsiya riskləri və halları ilə mübarizə” mövzularında təqdimatlarla çıxış edib. Təlim interaktiv şəkildə keçirilib, iştirakçıların sualları vergi xidməti əməkdaşları tərəfindən cavablandırılıb.

Qeyd olunub ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində DVX tərəfindən bu kimi maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью