Şirvanda xuliqan saxlanıldı FOTO

14.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq edən əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb.

Avtosfer.az xəbər verir ki, həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-in İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью