Şirvanda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib

14.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq edən əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb.

Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-in İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MƏLUMAT YENİLƏNİR

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью