Şirvanda zəncirvari QƏZA: 4 nəfər xəsarət aldı

24.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, VAZ 2106 markalı avtomobil əvvəlcə yol kənarında dayanan bir neçə taksiyə toxunub və daha sonra şadlıq sarayının qarşısında dayanan toydan çıxan 4 nəfəri vurub.

Həmin şəxslər Qaradağ sakini, 1989-cu il təvəllüdlü Xətai Sadıqov, Sabirabad sakini, 1993-cü il təvəllüdlü Cavidan Nəsirov, Şirvan sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Nəzərov və Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Seymur İsrəfilovdur.

Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью