Şirvanda zəncirvari qəza törədən avtomobil 4 piyadanı vurub

24.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Belə ki, “VAZ 2106” markalı avtomobil əvvəlcə yol kənarında dayanan bir neçə taksiyə toxunub və daha sonra şadlıq sarayının qarşısında dayanan toydan çıxan 4 nəfəri vurub.

Həmin şəxslər Qaradağ sakini, 1989-cu il təvəllüdlü Xətai Sadıqov, Sabirabad sakini, 1993-cü il təvəllüdlü Cavidan Nəsirov, Şirvan sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Nəzərov və Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Seymur isrəfilovdur.

Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью