Şirvanşahlar dövlətinin sikkəsi 45 manata satıldı Foto

27.02.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Feysbuk şəbəkəsi vasitəsi ilə keçirilən hərracda Şirvanşahlar dövləti Fərrux Yasar dönəminə aid gümüş sikkə satışa çıxarılıb.

Axar.az xəbər verir ki, start qiyməti 20 manat olan sikkənin hicri tarixi ilə 877 ci ildə Şamaxıda zərb edildiyi qeyd olunub. Onun çəkisi 5.2 qram, diametri isə 18 mm-dir.

Qədim sikkəni Kamandar Nasibov adlı istifadəçi 45 manata əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью