Şiş ucbatından həkimə gedən qadının gözündən qurd çıxdı

25.02.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyalı oftalmoloqlar Ufa sakininin gözündən uzun qurd çıxarıblar.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstan Respublikasının Səhiyyə Nazirliyi "VKontakte" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, 40 yaşlı Ufa sakini parazitar infeksiyaya görə gözündən əməliyyat olunmalı olub.

Qadın sol gözünün aşağı göz qapağında yaranan şiş ucbatından həkimlərə şikayət edib və bildirib ki, orada hansısa hərəkətlilik var. 

Parazitar infeksiya təsdiq edildikdə, oftalmoloqlar dərhal cərrahiyyə əməliyyatı apardılar. Xəstənin gözündən helmint çıxarılıb və göz qapağının bütövlüyü bərpa olunub.

Qeyd olunub ki, hazırda qadın parazitin növünü müəyyən etmək üçün yoluxucu xəstəliklər xəstəxanasında əlavə müayinədən keçməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью