Sisi 2030 cu ildə prezident postunu tərk edəcək

17.10.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra, 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqlayıb. O, konstitusiyaya dəyişiklik edilməyəcəyini vurğulayaraq daha bir müddət prezident olmaq ehtimalını istisna edib.

“Qafqazinfo” xəbər verir ki, Sisi bunu Misir Hərbi Akademiyasında keçirilən məzun buraxılışı mərasimində deyib.

“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə o bildirib.

2014-cü ildən Misirə rəhbərlik edən 71 yaşlı Sisi 2023-cü ilin dekabrında keçirilən seçkilərdə yenidən qalib gəlib. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərlə prezidentlik müddəti dörd ildən altı ilə qaldırılıb və onun 2030-cu ilədək vəzifədə qalmasına imkan yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью