Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

26.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Misirin dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Misir lideri baş vermiş hadisədən dərin kədər hissi keçirdiyini qeyd edib, həlak olanların ailələrinə başsağlığı verərək, onlara Allahdan rəhmət diləyib.

Prezident Əbdül Fəttah əs-Sisi xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью