Sistan və Bəlucistanda əməliyyat: 15 nəfər həbs edildi

17.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təxribata hazırlaşan bir qrup şəxs təhlükəsizlik qüvvələrinin əməkdaşlığı və SEPAH quru qüvvələrinin döyüş helikopterləri və pilotsuz uçuş aparatlarının dəstəyi ilə keçirilən əməliyyat nəticəsində həbs ediliblər.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran-Pakistan sərhəddində (Sistan və Bəlucistanda) həbs edildikləri bildirilən şəxslərin terror əməliyyatları planlaşdırdıqları, onlardan çox sayda silah və sursat götürüldüyü iddia olunub.

Saxlanılanların kimliyi və hansı təşkilata mənsub olduqları barədə məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью