Sistan və Bəlucistanda gərginlik: İrana hücum planı pozuldu

29.08.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə SEPAH-ın İranın cənub-şərqindəki Qüds Qüvvələri bazasından bildirilib.

Məlumata görə, keçirilən əməliyyat nəticəsində qruplaşma üzvlərindən biri zərərsizləşdirilib, daha altı nəfər isə saxlanılıb. Onlardan 20 partlayıcı qurğu da daxil olmaqla, külli miqdarda silah-sursat və rabitə vasitələri müsadirə olunub.

SEPAH-ın iddiasına görə, qruplaşmanın əsas məqsədi əyalət ərazisində terror aktları törətmək olub. İran hərbçiləri silahlıların fəaliyyətinin İsrail və ABŞ-nin maraqlarına xidmət etdiyini də qeyd ediblər.

Elvin

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью