Sistan və Bəluçistanda silahlı qarşıdurma oldu

07.01.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərindəki polis bölməsi ətrafında şiddətli silahlı qarşıdurma olub.

Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, yanvarın 6-ı gecə saatlarında naməlum şəxslərlə hökumət qüvvələri arasında baş verən qarşıdurmada avtomat və iri çaplı silahlardan istifadə olunub.

Atışma təxminən 2 saat davam edib. Silahlı qarşıdurma ilə bağlı rəsmi məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью