“Sistemlərimiz bir topa metal tullantısı idi

08.11.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əvvəlki hakimiyyətdən bizə qalan Hava Hücumundan Müdafiə (HHM) sistemləri sözün əsl mənasında bir topa metal tullantısı idi”. 

Hurriyyet.az “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarkisyanın müsahibəsinə cavab olaraq bildirib.

“Müttəfiqlər modernləşdirmə ilə bağlı sorğularımıza etinasız yanaşırdılar. Əks halda, 2018-ci ilə qədər bizdə bu qədər metal tullantısı olmazdı”, - Paşinyan yazıb.

Xatırladaq ki, Serj Sarkisyan bir gün öncə verdiyi müsahibədə Ermənistanın 44 günlük müharibənin ilk saatlarında HHM sisteminin yarısını necə itirə bilməsi ilə bağlı təəccübünü ifadə etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью