Siti dən 100 milyonluq transfer

26.08.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Lill”in yarımmüdafiəçisi Ayub Buaddini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı futbolçu "şəhərlilər"lə 2031-ci ilədək müqavilə imzalayıb.

“Mançester Siti” Buaddinin transferi üçün “Lill”ə bonuslarla birlikdə 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, Buaddi “Lill”in yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Buaddi sonradan Mərakeş millisində oynamağa qərar verib. O, əsas komandada 8 matç keçirib. Futbolçu 2026-cı il dünya çempionatında 5 oyunda meydana çıxıb.

“Siti”nin futbolçusu ən yaxşısı seçildi Nkunku “Leypsiq”ə qayıtdı - RƏSMİ “Beşiktaş”da ayrılıq “Barselona”dab ayrılacaq? - İngiltərə klublarının radarında "Yuventus"un qolkiperi Premyer Liqada - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью