Siti Fodenlə razılığa gəldi

05.05.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Fil Fodenlə yeni müqavilə barədə razılığa gəlib.

"Unikal" “The Athletic”ə istinadən xəbər verir ki, sözləşmə 2030-cu ilədək nəzərdə tutulub.

İngiltərə millisinin də formasını geyinən 25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Fil Foden bu mövsüm bütün turnirlərdə 46 oyunda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью