“Siti” İngiltərə millisinin üzvünü istəyir

04.05.2025

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"də çıxış edən Morqan Gibbs-Uaytı transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Siti" ingiltərəli yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb. 

Xatırladaq ki, "Nottingem Forest" Morqan Gibb-Uaytı 2022-ci ildə "Vulverhempton"dan transfer edib.

İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol, 9 assistlə yadda qalıb.

Hakim yerə yıxıldı - Vardi fitini səsləndirdi - VİDEO Arda Güler İtaliya yolunda Baş məşqçi oyun zamanı huşunu itirib “Real” ukraynalı ilə yollarını ayırır “Real” ukraynalı ilə yollarını ayırır
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью