“Siti Qraund”da sensasiya: “Mançester Siti” səfərdə məğlub oldu

07.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasının 10-cu turunda “Nottingem Forest” doğma meydanda “Mançester Siti”ni qəbul edib.

Redaktor.az xəbər verir ki, gərgin keçən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 6-cı dəqiqədə Jair Kunya açıb. 18-ci dəqiqədə Ksavyer Şlaqerin ötürməsindən sonra fərqlənən Liam Delap üstünlüyü iki topa çatdırıb. İkinci hissəyə fəal başlayan “şəhərlilər” 52-ci dəqiqədə Rayan Şerkinin qolu ilə fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. 73-cü dəqiqədə Morqan Gibbs-Uaytın məhsuldar ötürməsini qola çevirən Liam Delap dubl edərək oyunda son nöqtəni qoyub.

Oyunun gedişatında “Mançester Siti” 78 faiz topa sahib olma üstünlüyünə malik olsa da, qonaqlar rəqib qapısına cəmi 4 dəqiq zərbə vura biliblər. “Nottingem Forest” isə qapıya gedən 5 dəqiq zərbədən 3-nü qola çevirməklə maksimum nəticə əldə edib. Qarşılaşmanın gedişində meydan sahiblərinin heyətində Ceyms Makati (64'), Dan Ndoye (69'), Luka Nets (90+4') və İqor Jesus (90+5') sarı vərəqə ilə cəzalandırılıblar.

Bu qələbədən sonra “Nottingem Forest” turnir cədvəlində mövqeyini möhkəmləndirib. Ardıcıl üçüncü məğlubiyyətini alan “Mançester Siti” isə çempionluq yarışında vacib xallar itirib.

Turan ASLAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью