Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mançester Siti”nin maliyyə sanksiyaları ilə bağlı apellyasiya prosesinin gələn ilə qədər gecikəcəyi gözlənilir.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in rəsmi apellyasiya şikayəti vermək üçün 2 oktyabra qədər vaxtı var. Premyer Liqanın yeni tətbiq etdiyi reqlamentə əsasən, intizam prosesinin bu mərhələsi 12 həftə ərzində tamamlanmalı, dinləmələr isə 5 gündən artıq davam etməməlidir.
Lakin klub rəhbərliyi və hüquqşünasları işin cari mövsümdə qəbul edilmiş yeni qaydalarla tənzimlənməsinə etiraz etsələr, proses daha da uzana bilər. “Mançester Siti”nin hüquq komandası ittihamların hələ 2023-cü ildə irəli sürüldüyünü, dinləmələrin isə 2024-cü ildə, sürətləndirilmiş apellyasiya mexanizminin olmadığı dövrdə keçirildiyini əsas gətirə bilər.
Hüquq ekspertlərinin rəyinə görə, Mançester təmsilçisinin yeni qaydaların bu işə şamil edilməməsini iddia etmək üçün kifayət qədər ciddi hüquqi əsasları var.