Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Mançester Siti” klubu “Palmeyras”ın vingeri Allanı heyətinə qatmağı çalışır.
Futbolpress.az “The Athletic”ə istinadən xəbər verir ki, “şəhərlilər” 22 yaşlı hücumçunu “Tottenhem”ə keçməyə yaxın olan Savinyonun əvəzləyicisi kimi nəzərdə tutublar, lakin Braziliya klubu futbolçunu bu yay buraxmaq istəmir.
Allan 2025-ci ilin yanvarından “Palmeyras”ın əsas heyətində çıxış edir. O, bu müddətdə iştirak etdiyi 95 matçda 9 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçunun klubla müqaviləsi 2029-cu ilin sonuna qədər nəzərdə tutulub.