Sitini tərk edir: Yuvaya dönəcək

05.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker mövsümün sonunda klubu tərk edə bilər.

Publika.az xəbər verir ki, onun karyerasına başladığı “Şeffild Yunayted”ə dönmə ehtimalı var. Bu barədə "TalkSport" məlumat yayıb.

34 yaşlı futbolçu karyerasını "Şeffild"də bitirmək istəyindədir. Onun "Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu halda doğma klubuna azad agent kimi dönmək imkanı qazanacaq.

Bu mövsüm ingilis müdafiəçi bütün yarışlarda "Siti" forması ilə 11 matçda iştirak edib.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью