“Siti”nin futbolçusu üçün hərəkətə keçdilər

26.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını İngiltərə Premyer Liqasının başqa bir klubunda davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Sanderlend” 30 yaşlı vingeri mövsümün sonunadək icarəyə götürmək üçün “Mançester Siti”yə rəsmi təklif göndərib. Təklifə əsasən, futbolçunun əməkhaqqısının bir hissəsini Mançester təmsilçisi qarşılamalıdır. Qeyd olunur ki, gələn yay Qrilişin “şəhərlilər”lə müqavilə müddəti başa çatacağı üçün o, “qara pişiklər”lə azad agent kimi tamhüquqlu sözləşmə imzalaya biləcək.

Cek Qriliş ötən mövsümü icarə əsasında “Everton”da keçirib və Premyer Liqada çıxış etdiyi 20 qarşılaşmada 2 qol, 6 məhsuldar ötürmə ilə yaddaqalan performans sərgiləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью