Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Mateo Kovaçiç axilles vətərindən əməliyyat olunub.
SİA xəbər verir ki, bu barədə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç məlumat verib.
“Mançester Siti”nin 31 yaşlı yarımmüdafiəçisinin təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Ötən mövsüm Kovaçiç klubun heyətində bütün turnirlərdə 42 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.