Sivasda baş verən partlayışın səbəbi məlum oldu

21.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Sivas şəhərində "Yıldız dağı" qış idmanı və turizm mərkəzində baş verən partlayışın səbəbi məlum olub.
Bu barədə Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, turizm mərkəzinin "Yıldızhan" hotelinin aşağı mərtəbəsində qadın xizəkçilərin istirahət otağında qaz sızması baş verib və partlayış da bundan qaynaqlanıb.
Qeyd edək ki, Sivas valiliyinin verdiyi açıqlamada partlayış nəticəsində iki xizəkçi və bir məşqçinin yüngül xəsarət aldığı, bir məşqçinin isə əlində və üzündə ikinci dərəcəli yanıqlar əmələ gəldiyi bildirilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью