“Sivasspor” baş məşqçisi ilə yollarını ayırdı

05.03.2025

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

Türkiyənin “Sivasspor” komandası baş məşqçisi Ömər Ərdoğanla yollarını ayırıb.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komanda Ö.Ərdoğanın rəhbərliyi altında 12 matçda 1 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, Sivas təmsilçisi hazırda Türkiyə Superliqasında 24 xalla 16-cı pillədə qərarlaşıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью