Siyah kalp dən məşhur aktrisaya hörmətsizlik Foto

30.05.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün "Siyah kalp" serialının finalının ardından ekran işinin rəsmi instaqram səhifəsində vida paylaşımı yayımlanıb. 

Axşam.az xəbər verir ki, 1 dəqiqə 32 saniyəlik görüntüdə serialın əsas obrazlarından birini canlandıran aktrisa Esra Dermancıoğlu cəmi bir saniyəlik 1 kadrda görünüb. Bu da aktrisa tərəfindən birmənalı qarşılanmayıb. O, yayım şirkətini bu addımına görə tənqid edib. Bunun ardından serialın hesabında daha bir video yayımlanıb və aktrisanın yer aldığı daha çox kadra yer verilib.

Qeyd edək ki, layihənin baş rollarını Hafsanur Sancaktutan, Leyla Tanlar, Burak Tozkoparan və Aras Aydın paylaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью