Siyahıda onların adı var: Bayden, ailəsi, Kamala Harris...

22.03.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp sabiq prezident Co Bayden, onun ailəsi, Kamala Harris üçün təhlükəsizlik icazələrini ləğv edib.

"Cebheinfo.az” bu barədə “Politico”-ya istinadən xəbər verir.

Məlumata görə, Tramp bunu milli maraqlarla əlaqələndirib:

“Mən müəyyən etmişəm ki, bu şəxslərin məxfi məlumatlara çıxışı artıq milli maraqlara uyğun deyil”.

Siyahıda Hillari Klinton, Antoni Blinken, Liz Çeyni, Adam Kinzinger və Trampı saxtakarlığa görə mühakimə edən Nyu York baş prokuroru Letitia Ceymsin, eləcə də Baydenin bütün ailəsinin də daxil olduğu 15 rəqibin və Bayden dövrünün rəsmilərinin adı var. 

Xəzər

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью