Siyarto: ABŞ Macarıstanı Rusiya neftinə qarşı sanksiyalardan azad edib

21.11.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ştatlar Rusiya neftinin tədarükünə tətbiq edilən sanksiyaların Macarıstana təsir etməyəcəyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Diplomat xatırladıb ki, Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar noyabrın 21-də qüvvəyə minməli idi, lakin noyabrın 7-də Macarıstanın baş naziri Viktor Orban və ABŞ Prezidenti Donald Tramp razılığa gəliblər ki, Budapeşt bu məhdudlaşdırıcı tədbirlərdən azad ediləcək.

Siyartonun sözlərinə görə, bu saziş onun ölkəsinin enerji resursları ilə sabit təchizatını davam etdirəcəyinə zəmanət verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью