Статья не опубликована
Siyarto: Aİ Ukrayna üzrə Rusiya ABŞ danışıqlarına müdaxilə etməməlidir | Icma.az

Siyarto: Aİ Ukrayna üzrə Rusiya ABŞ danışıqlarına müdaxilə etməməlidir

26.03.2025

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında danışıqlara mane olmamalıdır.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

" Ukraynadakı münaqişənin həlli yalnız ABŞ və Rusiya arasında danışıqlardır . Yalnız bu danışıqlar sülhə gətirib çıxara bilər və buna görə də ümid edirik ki, Brüssel bu danışıqların uğuruna mane olmayacaq", - o, Facebook səhifəsində yayımlanan videomüraciətində qeyd edib.

Siyarto həmçinin Amerika lideri Donald Trampa minnətdarlığını bildirib və prezident olana qədər belə danışıqların mümkün olmadığını vurğulayıb.

Mövsüm

Aznews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью