Siyarto Budapeştin Rusiya və ABŞ arasında görüşə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib

28.10.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya xarici işlər naziri Sergey Lavrova Budapeştin Rusiya-Amerika danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avrasiya Təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransı çərçivəsində keçirilən görüşdən sonra verdiyi açıqlamada bildirilib.

Nazirlik bildirib ki, "Macarıstan tərəfdaşları Rusiya-Amerika əlaqələri üçün platforma təmin etməyə hazır olduqlarını təsdiqləyiblər".

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью