Siyarto: Macarıstan Rusiyadan qaz almaq istəyir

20.01.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Macarıstan siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil.

APA “M1 telekanalı”na istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto Buxarestdə beynəlxalq konfransda çıxışında deyib.

Ölkənin baş diplomatı bildirib ki, Rusiya təbii qazın tədarükü üçün ən əlverişli şərtləri təklif edir.

Onun sözlərinə görə, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır.

“Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir”, - nazir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью