Siyarto: Ukraynada sülh istəməyən qüvvələr birləşirlər

17.02.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ukraynada sülh yaranmasını istəməyən qüvvələr bu gün Avropada birləşirlər. Bunu fevralın 17-də Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto Qazaxıstandan olan həmkarı Murat Nurtleu ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Etiraf etməliyik ki, Avropada sülh istəməyən tərəflər indi öz güclərini birləşdirir”, - deyə o qeyd edib.

Siyarto əlavə edib ki, Macarıstan ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli üzrə danışıqları alqışlayır.

Bundan əvvəl, fevralın 14-də ABŞ-ın vitse-prezidenti C.D.Vens Münxen konfransında çıxışı zamanı bildirib ki, onun fikrincə, avropalılar üçün təhlükə xaricdən deyil, daxildən gəlir. Vens deyib ki, AB-yə kütləvi immiqrasiyanın rekord miqyas alması hakimiyyətin on il ərzində həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində baş verib.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью