Siyartonun təyyarəsini geri döndəriblər

27.11.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, bununla bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımında Helez qərarının Viktor Orban hökumətinin Serb Respublikasının məhkum edilmiş prezidenti Milorad Dodiki və onun Bosniya və Herseqovinanı “parçalamağa yönəlmiş” kursunu dəstəkləməsi siyasətinə cavab reaksiyası olduğunu yazıb.
“Macar tərəfi həm də Xarici İşlər nazirinin hərbi təyyarə ilə gəlməsinin səbəbi ilə bağlı dəqiq izahat verməyib”, - Zukan Helez bildirib.
Noyabrın 26-da Dodik Budapeştdə Orbanla danışıqlar aparıb. Həmin gün Peter Siyarto Belqradda Serbiyanın Xarici İşlər naziri Marko Đuriç ilə görüşüb və Banya-Lukaya səfər etməyi planlaşdırıb.
Avqust ayında Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası Milorad Dodiki prezident mandatından məhrum edib. O, bundan əvvəl Deyton sazişlərinə riayət olunmasına nəzarət edən ölkənin ali nümayəndəsi Kristian Şmidtin qərarına əməl etməməkdə təqsirli sayılıb.
Lakin girov müqabilində həbsdən qurtulan Dodik həmçinin altı il müddətinə siyasi fəaliyyətdən məhrum edilib. Buna baxmayaraq, o, Serb Respublikasında hakim “Müstəqil Sosial Demokratlar Alyansı” partiyasının sədri vəzifəsini qoruyub saxlaya bilib.
Milliyyətcə serb olan Dodik bosniyalıların və xorvatların NATO-ya daxil olması kursunun əleyhinədir. O, həmçinin Srebrenitsa faciəsi ilə bağlı Belqradın mövqeyini dəstəkləyir, “soyqırım” ifadəsinin istifadəsinə qarşı çıxır.
Xatırladaq ki, Deyton sazişləri 1992-1995-ci illər müharibəsinə son qoyub və mövcud dövlət quruluşunu müəyyənləşdirib. Hazırda Bosniya və Herseqovina iki qurumdan ibarətdir: boşnyakların, xorvatların və serblərin yaşadığı Bosniya və Herseqovina Federasiyası, habelə serblərin çoxluq təşkil etdiyi Serb Respublikası, eləcə də ayrıca Brçko rayonu.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью