Siyasət ədəb ərkandan çıxır: Söyüşcül Amerika prezidentləri

31.07.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Siyasi müzakirələr sürətlə  ədəb-ərkan dairəsindən çıxır.

“Cebhenfo.az” – ın məlumatına görə, "The Post" qəzetinə şokedici araşdırma arıb. Qəzetin araşdırmasına görə,  1919-cu ildən bəri Amerika prezidentləri tərəfindən deyilən bütün söyüşlərin 87%-i son 10 ildə ölkə liderləri tərəfindən işlədilib.

Hazırkı Prezident Donald Tramp və onun sələfi Co Bayden ümumilikdə 538 ədəbsiz və kobud söz işlədiblər ki, bu da qeydə alınmış bütün prezident söyüşlərinin 78%-ni təşkil edir. Yəni Vudro Vilsondan bəri cəmi 692 hal olub. 

Kardiff Universitetinin müəllimi Dr. Cozef Filips qeyd edir ki, əvvəllər prezidentlərin hətta namizəd kimi çıxışlarda söş söyməsi nadir hal idi: "Vudro Vilson 1919-cu ildə b tabunu sındırdı. 

Ekspertin sözlərinə görə, bu gün söyüşlər çox vaxt səmimiyyət əlaməti kimi qəbul edilir: “Hökumətə inamın aşağı olduğu bir dövrdə siyasətçinin senzurasız danışığını nümayiş etdirməsi auditoriya tərəfindən xüsusilə yüksək qiymətləndirilir”.

Donald Tramp risklərin yüksək olduğu zaman və ya sadəcə əhval-ruhiyyəsi yüksəldikdə sərt söyüş dilindən istifadə etməkdən çəkinməyib:

Çərşənbə günü “Fox News”-un xüsusi müxbiri Trae Yingst ilə söhbətində Tramp ABŞ-nin İrandan "f--ing s- ...söyüşdən istifdə edib.  Tədqiqatçı vurğulayır ki, Tramp prezident andiçməsində əsl "novator"a çevrilib və Ağ Evin leksikonu tərbiyəsiz söyüşlərlə dolub.

Prezident kimi Co Bayden "lənət olsun" kimi daha təmkinli söyüşlərə üstünlük verib. Amma onun da leksikonunda bəzən dilə gətirilməyəcək söyüşlər olub.

2010-cu ildə vitse-prezident kimi səhiyyə qanununu imzalayarkən Barak Obamanın qulağına pıçıldadığı söyüş mətbuatın diqqətindən qaçmayıb. Amerika ictimaiyyəti tədricən məmurların sərt ifadələrinə öyrəşməyə başlayır. 

“YouGov” sorğuları göstərir ki, gənclər siyasətdə söyüş söyməyə yaşlı nəsillərə nisbətən daha tolerantdırlar.
Bu tendensiya qanunvericilərə də yayılıb.

Çərşənbə günü respublikaçı senator Berni Moreno Senatın karantinlə bağlı dinləməsi zamanı doktor Entoni Fauçini emosional olaraq tənqid etməklə kfayətənməyib, hətta onun ünvanına söyüş də söyüb. 

Demokrat Partiyasının nümayəndəsi Suzi Li əvvəllər “X “şəbəkəsində Tramp haqqında bir xəbərə yazdıı "Bu, sadəcə cəfəngiyyatdır. Bağışlayın, son vaxtlar çox söyüş söyürəm" paylaşımı ilə məşhurlaşıb.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью