sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qazaxıstanda təşkil olunan təlim-məşq toplanışı qadın futbolçulardan ibarət Azərbaycan millisi üçün çox önəmlidir".
Sport24.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında Siyasət Əsgərov deyib.
O, komandada ab-havanın yüksək olduğunu deyib: "Belə toplanışlar bizim üçün çox önəmlidir.
Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar.
Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar.
Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir.
Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər". Əsgərov bəzi futbolçuların zədə səbəbindən toplanışa qatıla bilmədiyini söyləyib: "Üm