Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
ABŞ-li sentaor Berni Moreno ölkədə Çin avtomobillərinin tam qadağan edilməsinə dair qanun layihəsi hazırlayır.
Avtosfer.az xəbər verir ki, respublikaçı senator Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə edib: “biz bu xərçəngi bazarımıza buraxa bilmərik. Bizim və digər ölkələrin cərrahi müdaxiləsi zəruridir”.
Morenonun fikrincə, Çin maşını nə metal, nə proqram təminatı, nə də partnyorluq yolu ilə daxil olmalıdır. Siyasətçi ümid edir ki, Latın Amerikası, Kanada və Avropa da oxşar addımlar atacaq.
Vüqar