Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatındaBu il başlayandan yola saldığımız həftə qədər siyasətin enerji bazarlarına belə təsirini müşahidə etməmişdim.
Baş verən hadisələr həm neft bazarlarına, həm də mavi yanacağın satış qiymətlərinə öz təsirini göstərdi.
Bəs nə idi bazarlara təsir edən o siyasi hadisə?Siyasətin enerjisi Hər şey qlobal güclərə bağlıdır.
Çoxdan anons edilən Donald Trampla Vladimir Putin arasında telefon danışığı nəhayət ki, ötən həftə baş tutdu.
Və bir futbol matçı qədər davam edən, amma canlı nümayişi olmayan bu danışıqlara böyük həvəslə azarkeşlik edənlərin çoxusunun qənaətincə “Ukrayna əldən getdi”, çünki Tramp Putinə elə pas ötürüb ki, oyunun taleyi artıq “həll olunub”.
Bəli, aydındır ki, emosiyalar coşub-daşan vəziyyətdədir, ona görə də heç çoxları oyun meydançasında nəyin baş verməsini belə izləmədən hərə öz mülahizəsini ortaya qoyur.
MÖVZU İLƏ BAĞLI:Orta Dəhlizin Cənub marşrutunun iqtisadi PERSPEKTİVLƏRİ – TƏHLİL Kollektiv Qərbin birliyi hələ pozulma halına gəlməsə də, amma hiss ediləcək çatların olduğu sezilir.