Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasi islahatları Ulu Öndər Heydər Əliyevin cəmiyyətin birliyinin təmin edilməsi uğrunda atdığı addımların məntiqi davamı adlandırmaq olar.
Ölkəmizin daim yeniləşən, müasirləşən siyasi həyatında partiyaların təşəbbüslərlə, yeni təkliflərlə çıxış etməsini də dövlətimizin sağlam siyasi mühiti formalaşdırmaq istəyindən irəli gəldiyini deyə bilərik.
Siyasi sistemin komponentləri arasında dialoq, anlaşma, ümumi məsələlərdə birgə fəaliyyət çox önəmlidir.
Əlbəttə bunlar olmadan cəmiyyətdə birliyini təmin etmək mümkün olmaz.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə daxilində sabitliyin, sağlam siyasi mühitin yaradılmasında məqsədi cəmiyyətdə birliyi, partiyalar arasında anlaşmanı təmin etməkdir.
Bu birlik həm də ölkənin iqtisadi inkişafı, xarici əlaqələrin genişlənməsi, tərəfdaşların etimad və etibarını qazanmaqdır.
Vətən Müharibəsinin ikinci günündə, 29 sentyabr 2020-ci ildə bütün siyasi partiyaların bir araya gəlməsi, vahid mövqedən çıxış etməsi xalq-dövlət həmrəyliyi ilə yanaşı, siyasi təfəkkürün formalaşmasından xəbər verdi.