Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları Vüqar Rəhimzadə | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər, eyni zamanda, AXCP sədri kərimov əli sosial şəbəkələrdəki çıxışları ilə özlərini davamlı şəkildə ifşa etməkdədirlər.
“Moizələri” onların ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri anlamadıqlarını ortaya qoyur.
Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu ünsürlər dövlətimizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən antiAzərbaycan qüvvələrin pərdə arxasından idarə etdikləri prosesin iştirakçılarıdırlar.
Daha doğrusu, ölkəmizə qarşı aparılan informasiya müharibəsində utanmadan qarşı cəbhədə yer alırlar.
Azərbaycana qarşı çirkin niyyətlərini gerçəkləşdirməyə cəhd edən bədxah qüvvələr cızdıqları ssenarinin icrasında onlardan ustalıqla istifadə edirlər.
Onların sosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləri cəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsi maraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur.
Antimilli notlara köklənmiş ikrah doğuran çıxışları açıq-aşkar göstərir ki, bu şəxsləri yalnız və yalnız ölkəmizin imicinə zərbə vurmaq, özlərinin yalanlarını həqiqət kimi sırımaq, hakimiyyətin atdığı hər bir addımı qara rəngdə təqdim etmək düşündürür.
Tam oxu
Xəbəri oxu