Siyasi həqiqətlər ŞƏRH AZƏRTAC | Icma.az
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 dekabr, AZƏRTAC Ola bilsin ki, siyasi münasibətlər müstəvisində bəzi mövzuların açıq müzakirəsi müəyyən səbəblərdən doğru sayılmasın.
Ancaq cəmiyyətin ictimai şüurunda yanlış stereotiplərin formalaşdırılması prosesinin, habelə müxtəlif manipulyasiyaların qarşısını almaq üçün qərəzli şərh olunan mövzulara mütləq şəkildə aydınlıq gətirilməsi zərurəti yaranır.
Bəzilərinin alovlu emosiyalarının arxasında gizlənmiş məkrli niyyətlərin bu və ya digər şəkildə təzahürünə hər birimiz dəfələrlə şahidlik etmişik.
Təəssüf ki, bu gün manipulyasiya siyasətbazların əsas alətinə çevrilib, onlar üçün siyasət elə manipulyasiya deməkdir.
Madam ki, bu cür “bazlar” böhtan yolunu seçirlər və milli maraqlar onlar üçün heç bir dəyər təşkil etmir, o zaman əlbəttə ki, qərəzli siyasətin əsl səbəb və niyyətləri çılpaqlıqla ifşa olunmalıdır.
Çünki milli maraqlara təhdid hesab ediləcək istənilən məsələ qarşısında susmaq və ya hansısa güzəşt yolverilməzdir.Artıq heç kimə sirr deyil ki, regionumuzda öz geosiyasi maraqları olan “güclər”in əsas strateji hədəfi ölkəni təsir altına salmaqdan ibarətdir.
Dünyada cərəyan edən proseslər və münaqişələrin sayının durmadan artması qeyd olunan mülahizəni təsdiqləyir.
Tam oxu
Xəbəri oxu