Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xain xislətlərini reallaşdırmaq üçün siyasəti özünə peşə seçmiş təlxək və ucuz populistlərin peşəkarlıqdan çox uzaq olan qərəzli demaqogiyalarının bəzən cavabsız qalması təəssüf və eyni zamanda təəccüb hissi yaradır.
Unutmayaq ki, xain xislət həqiqət axtarışında olmaz, təmkinli və arifanə baxış onun üçün dəyərsizdir.
Demokratiya isə demaqoqlar üçün sadəcə sahib olduqları xain xislət və alverçi təfəkkürü gizlədən “parıltılı” şüardır.
Bu “parıltılı” şüarlar eyni zamanda onların amorf mahiyyətini də gizlədir.
Məhz bütün bunlara görə yaşadığımız tarixin mövcud mərhələsində siyasi maarifçiliyin əhəmiyyəti heç zaman olmadığı qədər aktualdır.
Təmkinli siyasi maarifçilik gurultulu demaqogiya və populizminin qarşısını tam ala bilməsə də, məkrli qaranlığa işıq saça bilmək gücündədir.
Odur ki, “maarifləndirmə” sözü hər nə qədər köhnəlsə də, sözügedən məfhumun əhəmiyyəti və aktuallığı əbədidir.