Siyasi iradə və qlobal məsuliyyət ŞƏRH | Icma.az
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tarixin dönüş nöqtələrində xalqların taleyini hadisələr yox, hadisələri doğru oxuyan liderlər müəyyən edir.
Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də məhz belə bir liderliyin siyasi ifadəsi, qlobal miqyasda səslənən müdrik və məsuliyyətli dövlət mövqeyidir.
Bu müsahibə təkcə Azərbaycanın deyil, dəyişən dünyanın gələcəyinə dair sərrast baxışın, dövlət ağlının və siyasi iradənin nümayişidir.
Cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər sisteminə ünvanlanmış açıq və cəsarətli diaqnozdur.
Dövlət başçısı artıq heç kimin etiraf etməkdən çəkinmədiyi, lakin yüksək tribunalardan səsləndirilməyən həqiqəti açıq dillə ifadə etdi: “Bu gün beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur.
Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir.” Bu sözlər sadəcə siyasi müşahidə deyil, qlobal sistemin mənəvi və hüquqi böhranının təsviridir.
Cənab Prezident İlham Əliyev göstərdi ki, Azərbaycan bu xaotik mühitdə tərəddüd etməyib, milli maraqlara söykənən, lakin beynəlxalq hüquqa hörmət edən yol seçib.
Tam oxu
Xəbəri oxu