Siyasi məhbuslar azad edilir: Venesuelada nə baş verir?

27.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Venesuela hakimiyyəti onlarla siyasi məhbusu azad etmək qərarı ilə beynəlxalq imicini yumşaltmağa çalışır. Müxalifət isə bunun real siyasi islahat kimi deyil, zaman qazanmaq cəhdi olduğunu bildirir.

Maduro hökumətinin bu addımı real siyasi dialoqun başlanğıcıdır, yoxsa yenidən beynəlxalq təzyiqdən yayınmaq cəhdidir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, aydın məsələdir ki, Maduronu satan hökumət bu tip addımlarla həm xalq nəzdində prestij qazanmaq, həm də Amerikaya daha demokratik bir sistem qura biləcəklərini göstərmək istəyir. Lakin bu, göz boyama cəhdindən başqa bir şey deyil. Öz liderini satan sistem, heç vaxt liderindən fərqli olmur.

Turan Rzayev: Öz liderini satan sistem, heç vaxt liderindən fərqli olmur

Politoloq hesab edir ki, əksinə, onların Maduro dövründən də zəif olma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, ölkədə liderin biabırçı şəkildə evindən götürülməsi, xalqın maraqlarını qoruyan bir sistem yaratmır.

Turan Rzayev bildirib ki, həbsdə olan şəxslərin azad edilməsi adətən günahların ört-basdır edilməsi və prestijin artırılması məqsədilə həyata keçirilir:

"Lakin bu şəxslərin hamısı demokratiya tərəfdarı deyil, qanunsuz fəaliyyətlə məşğul olanlar, günahkarlar və kartellər, çetələr də az deyil. Beləliklə, onların azadlığa buraxılması Venezuela üçün xoş nəticələr vəd etmir".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью